Levan Ratiani - Tornike Rijvadzənin vəziyyəti hazırda müsbət dinamika ilə xarakterizə olunur, kontakt qurur, adekvatdır və sadə tapşırıqları yerinə yetirir
Birinci Universitet Klinikası direktorunun, Levan Ratianinin sözlərinə görə, Acarıstan hökumətinin sabiq sədri Tornike Rijvadzənin sağlamlıq vəziyyəti müsbət dinamika ilə inkişaf edir.
Onun sözlərinə görə, travmatik-hemorragik şokun klinikası aradan qalxıb, süni tənəffüs parametrləri sadələşdirilib və müalicə protokola uyğun olaraq davam etdirilir.
“Pasiyentin ümumi vəziyyəti hazırda müsbət dinamika ilə xarakterizə olunur, klinikası yaxşılaşıb. Klinikanın yaxşılaşması o deməkdir ki, travmatik-hemorragik şok klinikası artıq mövcud deyil, yəni aradan qalxıb. Süni tənəffüs aparatının parametrləri və rejimləri sadələşdirilib. Nevroloji status baxımından da kontakt mümkündür. O, kontakt qurur, adekvat cavab verir, sadə tapşırıqları yerinə yetirir. Müalicə əvvəlcədən planlaşdırılmış protokola uyğun olaraq davam edir,” – deyə Levan Ratiani bildirib.