Levan Ratiani - Kaxi Kavsadzenin vəziyyəti bu mərhələdə sabitdir, kliniki parametrlər yaxşılaşıb
Levan Ratiani - Kaxi Kavsadzenin vəziyyəti bu mərhələdə sabitdir, kliniki parametrlər yaxşılaşıb

Universitet Klinikasının direktoru, Levan Ratianinin bəyan etdiyinə görə, aktyor Kaxi Kavsadzenin sağlamlıq vəziyyəti bu mərhələdə sabitdir. Elə onun dediyinə görə, kliniki parametrlər yaxşılaşıb.

“Cənab Kaxinin vəziyyətinə gəldikdə, bu mərhələdə sabitdir, kliniki parametrlər yaxşılaşıb və belə davam etsə, sabah onu intensiv şöbəyə yerləşdirəcəyik”, – Levan Ratiani bəyan etdi.

O ki, qaldı başqa pasiyentlərə, Ratianinin dediyinə görə, klinikada 141 paiyent müalicə olunur, buradan 60 pasiyent terapiya şöbəsindədir, 22 tənəffüs aparatına qoşulub, 15 pasiyentin vəziyyəti kritikdir.

Aktyor, Kaxi Kavsadzeni Universitet Klinikasına 28 noyabrda yerləşdirdilər.