Levan Qopodze - vəfat edən onüçüncü pasiyentin bir çox yanaşı xəstəliyi var idi, sonunda koronavirusu təsdiq olunmadı, lakin vəziyyətinin ağırlığını hər halda koronavirus yaratdı
Respublika Xəstəxanasının direktoru, Levan Qopodzenin dediyinə görə, koronavursdan vəfat edən onüçüncü pasiyent onların klinikasında mayın əvvəlindən müalicə olunurdu.
Qopodzenin dediyinə görə, pasiyentin koronavirus ilə birlikdə başqa ağır yanaşı xəstəlikləri var idi.
Lakimn Qopodzenin məlumatına görə, iki dəfə edilən “PCR” testi ilə pasiyentdə koronavirus təsdiq olunmadı.
“Bu pasiyent klinikamıza mayın əvvəlində yerləşdirildi. Marneulidən gətirildi. Onun vəziyyəti çox ağır idi. Hər gün şərh verərkən bəyan edirdim ki, bir kritik olaraq ağır pasiyentimiz var. Bu pasiyentdə koronavirus ilə birlikdə başqa ağır yanaşı xəstəlikləri var idi”, – Qopodze qeyd etdi.