Levan Qopodze - Respublika Xəstəxanasını bu gün koronavirusadan müalicə olunan beş pasiyent tərk edəcək
Respublika Xəstəxanasının direktoru, Levan Qopodzenin bəyan etdiyinə görə, xəstəxanada koronavirusa yoluxan yeni pasiyent yoxdur.
Elə onun məlumatına görə, klinikada ümumilikdə virusa yoluxan 44 pasiyent müalicə olunur.
Levan Qopodzenin bəyan etdiyinə görə, virusa yoluxanlar arasında biri həkimdir və süni nəfəsalma aparatına qoşulubdur.
Paiyenti klinikaya iki gün bundan əvvəl Marneulidən yerləşdirdilər.
“Respublika Xəstəxanasında hazırda 61 pasiyent var. Buradan 44 pasiyent koronavirusa yoluxandır. Bunlardan beşi bu gün klinikanı tərk edəcək. Başqa pasiyentlərə gəldikdə, onlardan birinin durumu ağırdır və süni nəfəsalma aparatına qoşulubdur. Onu klinikamıza iki gün bundan əvvəl Marneulidən yerləşdirdik, yaşlıdır, ikitərəfli pnevmoniyası var”, – Levan Qopodze bəyan etdi.