Levan Qopodze - məhdudiyyətlərin aradan qaldırılması riskləri artıracaq, buna görə, maksimal olaraq çalışmalıyıq ki, rekomendasiyaları müdafiə edək
Mərkəzi Universitet Klinikasının (Respublika Xəstəxanasının) direktoru, Levan Qopodze bəyan edir ki, doğrudur, koronavirusa görə təyin edilmiş məhdudiyyətlərin aradan qaldırılması epidemioloqların müvafiq rekomendasiyalarına əsaslanır, lakin, ölkədə virus yox olmayıb və yayılma riskləri hər halda artacaq.
Levan Qopodze əhalini məsafənin və toplaşmadan tərəddüd etmə zəmanətlərinin maksimal olaraq müdafiəsinə doğru çağırır.
“Əgər məhdudiyyətlər aradan qaldırılırsa, demək buna epideioloqların müvafiq rekomendasiyası var. Mənim fikrimcə, hələlik hər halda sosial distansiya, özünü maksimal müdafiə etmək, evdə qalmaq vacibdir, kütləvi toplaşmadan tərəddüd etmək hər halda qüvvədə qalmalıdır. Riskləri artıracaq. Nə olsa da, ölkədə hələdə koronavirusa yoluxanlar var, demək infeksiya mövcuddur, tamamilə yox olmayıb, buna görə, maksimal olaraq çalışmalıyıq ki, Dünya Səhiyyə Təşkilatının verdiyi rekomendasiyaları müdafiə edək”, – Levan Qopodze bəyan etdi.