Levan Moseşvili - Avqustun 28-də "Gemo Fest" ilə əlaqədar Ambrolauriyə əlavə aviareys təyin olunacaq
Levan Moseşvili - Avqustun 28-də "Gemo Fest" ilə əlaqədar Ambrolauriyə əlavə aviareys təyin olunacaq

 

Gürcüstanın Hava Limanları Birliyinin baş direktoru Levan Moseşvilinin bəyanatına əsasən, “Gemo Fest” bu dəfə Racada keçirilir və Ambrolauri Hava Limanı bu prosesin fəal iştirakçısıdır.

“Gürcüstanın Hava Limanları Birliyi daima regional hava limanlarının inkişafına və onların ölkənin turizm və iqtisadi həyatında iştirakının artırılmasına çalışır. Qonaqların cəmi 35 dəqiqəyə Ambrolauriyə uça bilməsi üçün festival üçün xüsusi olaraq avqustun 28-nə əlavə aviareys təyin etdik. Hər kəsi avqustun 29 və 30-da Racanın təkrarlanmaz dadını və əhvalını paylaşmaq üçün Ambrolauriyə, yeni sahilə dəvət edirik” – Levan Moseşvili bildirib.

Məlumat üçün bildirək ki, Ambrolauri Hava Limanı “Gemo Fest”ə əsas dəstəkçi statusu ilə qoşulur. Kutaisi və Mestiadan sonra Gürcüstanın Hava Limanları Birliyi bu dəfə Racada ən ləzzətli festivalda iştirak edəcək.