Levan Mqaloblişvili Türkiyənin səfiri Ali Kaan Orbayla görüşüb
Levan Mqaloblişvili Türkiyənin səfiri Ali Kaan Orbayla görüşüb

 
Abxaziya Muxtar Respublikası hökumətinin sədri Levan Mqaloblişvili Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbayla görüşüb.

Tanışlıq məqsədli görüşdə hökumətin sədri Türkiyənin səfirinə Abxaziya Muxtar Respublikası hökumətinin fəaliyyəti haqda məlumat verib, onu Abxaziya ərazisindəki mövcud vəziyyətlə tanış edib və işğalçı rejim tərəfindən yerli əhalinin hüquqlarının pozulması hallarından danışıb.

Levan Mqaloblişvili Türkiyənin səfirliyi tərəfindən həyata keçirilən tədbirlərə və Abxaziyadan məcburi köçkünə çevrilmiş şəxslərə dəstək üçün səfirə təşəkkür edib.

Səfir Türkiyə Respublikası hökumətinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəti və sarsılmaz dəstəyini bir daha təsdiqləyib.

Tərəflər Abxaziyadan müvəqqəti köçkün düşmüş əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına kömək edəcək müxtəlif sahələrdə gələcək əməkdaşlıq planları haqda danışıblar.

Məlumatı Abxaziya Muxtar Respublikası hökumətinin mətbuat xidməti yayır.