Levan Maxaşvili - "Siyasi repressiyalar" sözlərini işlətməzdən əvvəl nəzərə alın ki, polislərə “Molotov kokteyli” atan və dövlət təsisatlarına hücum edən 29 nəfərdən söz gedir
“Siyasi repressiyalar” sözlərini işlətməzdən əvvəl nəzərə alın ki, barələrində cinayət təqibi başladılan 29 nəfərdən söz gedir – bu haqda Parlamentin Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili ATƏT-in Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsində deyib və ATƏT-in Parlament Assambleyasının Komitəsinin məruzəçisi Karina Odebrinkə müraciət edib.
Levan Maxaşvili onların hər biri ilə bağlı konkret video sübutun olduğunu deyib.
“Komitənin hesabatının məruzəçisi xanım Odebrinkə cavab vermək istərdim. “Siyasi repressiyalar” sözlərini işlətməzdən əvvəl nəzərə alın ki, barələrində cinayət təqibi başladılan 29 nəfərdən söz gedir, çünki polislərə “Molotov kokteyli” atır və dövlət təsisatlarına hücum edirdilər. Onların hər biri ilə bağlı xüsusi video sübut var. Gürcüstan hakimiyyəti sizinlə və sizin komandanızla əməkdaşlığa və hesabatınızın yazılması prosesində bu video sübutları paylaşmağa hazırdır” – Levan Maxaşvili bildirib.
ATƏT-in Parlament Assambleyasının Üçüncü Komitəsinin məruzəçisi Karina Odebrink ATƏT-in Parlament Assambleyasında bildirib: “Keçən ilin seçkilərindən sonra Gürcüstanda siyasi repressiyaların kəskin şəkildə artdığını müşahidə etdik. Gürcüstandakı acınacaqlı vəziyyət faciəvi geriləmə olaraq qalır və ATƏT burada öz əsas prinsiplərini güzəştə getməməlidir”.