Levan Maxaşvili - „MEGOBARI Act“ Gürcüstana qarşı birbaşa hücumdur, biz dəfələrlə axırda uğursuzluğa məhkum olmuş oxşar təşəbbüslər görmüşük
Levan Maxaşvili - „MEGOBARI Act“ Gürcüstana qarşı birbaşa hücumdur, biz dəfələrlə axırda uğursuzluğa məhkum olmuş oxşar təşəbbüslər görmüşük

 

„MEGOBARI Act“ Gürcüstana qarşı birbaşa hücumdur, biz dəfələrlə axırda uğursuzluğa məhkum olmuş oxşar təşəbbüslər görmüşük – bu haqda Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili Gürcüstanın Birinci Kanalına bildirib.

O deyib ki, „MEGOBARI Act“ prosedur nöqteyi-nəzərindən Konqresdə uğurlu olmayacaq.

“Bu, „MEGOBARI Act“dan başqa hər şeydir. Bu, Gürcüstana qarşı birbaşa hücumdur. Onların nə edəcəyi bizim üçün az maraq kəsb edir, çünki biz dəfələrlə nəticə etibarilə uğursuzluğa məhkum olmuş oxşar təşəbbüslər görmüşük. Nəyin başladığı bizim üçün az əhəmiyyət kəsb edir, bunun necə bitdiyinə baxmalıyıq. Bu aktın qüvvəyə minməsi üçün o, hər iki palata, prezidentin imzası və s. daxil olmaqla bir sıra mərhələlərdən keçməlidir. Bu, bizim fikrimizcə, uğurlu olmayacaq. Proseslərin necə inkişaf etməsindən asılı olmayaraq, yeni administrasiyanın siyasəti önəmli olacaq. Bizim münasibətimiz aydındır, bu, dostluq aktı deyil, düşmənçilik aktıdır. Yəqin ki, prosedur nöqteyi-nəzərindən Konqresdə uğurlu olmayacaq” – Maxaşvili bildirib.