Levan Maxaşvili – Gürcüstan-Brüssel münasibətlərinin bərpası prosesi artıq başlayıb, bu prosesə parlament sədrinin səfəri ilə başladıq
Tam cəsarətlə deyə bilərik ki, Gürcüstan-Brüssel münasibətlərinin bərpası prosesi artıq başlayıb. Uzun və işgüzar proses olacaq, lakin bu prosesə parlament sədrinin səfəri ilə başlamağımız yaxşı haldır – bu barədə Parlamentin Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili Lüksemburqda jurnalistlərə açıqlayıb.
Maxaşvilinin sözlərinə əsasən, Lüksemburqa səfərin məqsədlərinə nail olunub.
“Biz bərabərlik və ədalət prinsipini nəzərə almaqla Brüssel ilə münasibətləri bərpa etməyə hazır olduğumuzu aydın şəkildə ifadə etdik. Gürcüstan yalnız ədalətli rəftar, obyektiv qiymətləndirmə və münasibət tələb edir. Görüşdə ikitərəfli münasibətlər çərçivəsində hansı perspektivin olması haqda danışdıq. Deyə bilərik ki, bu səfər baş tutdu” – Levan Maxaşvili qeyd edib.
Xatırladaq ki, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili rəsmi səfərlə Belçikada idi, hazırda isə Papuaşvilinin rəhbərliyi ilə Gürcüstan parlament nümayəndə heyətinin səfəri Lüksemburqda davam edir.