Levan Maxaşvili Çexiyanın səfiri ilə görüşüb

19:39, 29.09.2026

 

Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili Çexiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Petr Kubernat ilə görüşüb.

Gürcüstan Parlamentinin məlumatında, görüşdə Gürcüstan və Avropa İttifaqı arasında mövcud münasibətlərin müzakirə edildiyi deyilir. Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesinə və Gürcüstanın bu istiqamətdə atdığı addımlara toxunulub.

Görüş zamanı, həmçinin planlaşdırılan səfərlər və gələcək əməkdaşlıq məsələləri barədə danışıblar.

Oxşar