Levan Maxaşvili - Avropa Komissiyası əmin olacaq ki, Gürcüstan nəinki təhlükə yaratmır, həm də Avropa İttifaqının sərhədlərinin keşiyində qətiyyətlə dayanan ölkələrdən biridir
Levan Maxaşvili - Avropa Komissiyası əmin olacaq ki, Gürcüstan nəinki təhlükə yaratmır, həm də Avropa İttifaqının sərhədlərinin keşiyində qətiyyətlə dayanan ölkələrdən biridir

 

Avropa Komissiyası əmin olacaq ki, Gürcüstan nəinki təhlükə yaratmır, həm də Avropa İttifaqının sərhədlərinin keşiyində qətiyyətlə dayanan ölkələrdən biridir – bu barədə Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili deyib.

Maxaşvili bildirib ki, Gürcüstan nəinki təhlükə yaratmır, həm də dövlətlər arasında vizasız gediş-gəlişdən faydalanan və parametrlərə riayət edən nadir ölkələrdən biridir.

Levan Maxaşvili bildirir ki, Gürcüstan üçün vizasız gediş-gəlişin dayandırılması təhlükəsi real deyil.

“Gürcüstan Parlamenti səkkiz istiqamətə cavabı bir neçə gün bundan əvvəl göndərib, ölkənin ümumi cavabını xarici işlər nazirliyi bir araya gətirəcək və bu məlumatı Avropa Komissiyasına göndərəcək. Unutmayaq ki, bu yalnız Gürcüstan tərəfindən təqdim olunan məlumat deyil. Ümid edirik ki, öz statistikalarını, məsələn, “Eurojust”, “Europol”, Avropa İttifaqının agentliklərindən yoxlayacaqlar. Avropa Komissiyası bütövlükdə əmin olacaq ki, Gürcüstan nəinki təhlükə yaratmır, həm də Avropa İttifaqının sərhədlərinin keşiyində qətiyyətlə dayanan ölkələrdən biridir.

Bunu nəzərə almaqla, Avropa İttifaqının son nəticədə mənfi qərar verməyəcəyinə dair gözləntimiz var. Gürcüstan üçün vizasız gediş-gəlişin dayandırılması təhlükəsi real deyil. Digər tərəfdən, Gürcüstan nəinki təhlükə yaratmır, həm də dövlətlər arasında vizasız gediş-gəlişdən faydalanan və parametrlərə riayət edən nadir ölkələrdən biridir” – Levan Maxaşvili bildirib.