Levan Macavariani - Salome Zurabişvili paralel dünyada yaşayır, əminəm ki, ondan soruşsanız, deyəcək ki, bu gün Gürcüstanın prezidentidir
Salome Zurabişvilinin paralel dünyada yaşaması faktdır – bu barədə “Gürcü Arzusu” fraksiyasının sədr müavini Levan Macavariani bildirib.
“Salome Zurabişvili ilə bağlı hər hansı bəyanat verməkdən hər zaman çəkinirəm, çünki xanımdır, yaşlıdır və təəssüf ki, bu günə qədər paralel dünyadadır. Əminəm ki, ondan soruşsanız, deyəcək ki, bu gün Gürcüstanın prezidentidir. Gənc olsaydı, onun bəyanatlarını daha sərt şəkildə qiymətləndirərdim, lakin yaşlıdır və gürcü kişisi kimi həm yaşına, həm də xanım olmasına hörmət edirəm. Salome Zurabişvilinin paralel dünyada yaşaması faktdır” – Levan Macavariani bildirib.