Levan Macavariani - Salome Zurabişvili işlərinə yaramadı, nə onun xartiyası özünü doğrultdu, nə də alternativ parlament quruldu və bu gün onu uzaqlaşdırmağa çalışırlar
Levan Macavariani - Salome Zurabişvili işlərinə yaramadı, nə onun xartiyası özünü doğrultdu, nə də alternativ parlament quruldu və bu gün onu uzaqlaşdırmağa çalışırlar

 

Salome Zurabişvili işlərinə yaramadı. Nə onun xartiyası özünü doğrultdu, nə də Zurabişvilinin ideyası olan alternativ parlament quruldu və bu gün onu uzaqlaşdırmağa çalışırlar – bu haqda parlament əksəriyyətinin üzvü Levan Macavariani bildirib.

Macavariani deyir ki, müxalifət “nə göstəriş alırsa, ona uyğun” hərəkət edəcək.

“Əlbəttə, bu qərarda da müstəqil olmayacaqlar. Əgər göstəriş gəlsə ki, Zurabişvilini siyasi səhnədən uzaqlaşdırın, onlar belə də edəcəklər, əgər göstəriş gəlsə ki, yenə də Zurabişvilinin ətrafında birləşməlidirlər, onunla oturmalı olacaqlar. Onlar Salome Zurabişvilini nalayiq sözlərlə söyürdülər. Xazaradze-Elisaşvili də belə davranırdılar, lakin sonra onlara əmr verildi və birləşdilər. Beləliklə, göstəriş necə olacaqsa, elə də hərəkət edəcəklər” – Levan Macavariani bildirib.