Levan Maçavariani – Müxalifət ən ağır vəziyyətdədir, vətəndaşlarımız rahatlıqla yata bilər, müvafiq qurumlar vəziyyəti tənzimləyəcək
Levan Maçavariani – Müxalifət ən ağır vəziyyətdədir, vətəndaşlarımız rahatlıqla yata bilər, müvafiq qurumlar vəziyyəti tənzimləyəcək

“Bütün Gürcüstan qorunur. Vətəndaşlarımız rahatlıqla yata bilərlər, Geka Geladze vəziyyətə nəzarət edir, Mamuka Mdinaradze isə ölkənin təhlükəsizliyinə cavabdehdir” – bunu parlament çoxluğunun üzvü Levan Maçavariani Gürcüstanın Birinci Kanalına bildirib.

Maçavarianinin sözlərinə görə, müxalifət ən ağır vəziyyətdədir.

“Onların davrandığı kimi davranmaq cinayət məsuliyyəti daşıyan hərəkətdir, kriminaldır. Buna müvafiq qurumlar qiymət verəcəklər. Müvafiq qurumlar vəziyyəti tənzimləyəcəklər. Gördüyümüz kimi, bu gün seçkilərin bitməsinə qədər onlar aqressiyaya, hərəkətlərə keçdilər. Təbii ki, bütün bunlara hüquqi cavab veriləcək. Bildirmək istəyirəm ki, bütün Gürcüstan qorunur. Vətəndaşlarımız rahatlıqla yata bilərlər, çünki Geka Geladze vəziyyətə nəzarət edir, Mamuka Mdinaradze isə ölkənin təhlükəsizliyinə cavabdehdir”, – deyə Levan Maçavariani vurğulayıb.