Levan Macavariani - Dövlət qulluğunda siyasi baxışlara əsasən “kadr təmizləməsi” aparılmır, insanların müəyyən vəzifədə olub-olmaması onların peşəkarlığı ilə müəyyən edilir
Dövlət qulluğunda siyasi baxışlara əsasən “kadr təmizləməsi” aparılmır, bu, bizim dəsti-xəttimiz deyil – bu haqda “Gürcü Arzusu”nun üzvü Levan Macavariani bildirib.
Macavariani bildirib ki, insanların müəyyən vəzifədə olub-olmaması onların peşəkarlığı ilə müəyyən edilir.
“Gürcü Arzusu” 12 ildir hakimiyyətdədir və sosial şəbəkədə bizi açıq şəkildə təhqir edən və ya etiraz aksiyalarında fəal iştirak edən şəxslər müxtəlif qurumlarda vəzifə tuturlar. Buna görə problem yaratmamışıq. İnsanların müəyyən vəzifədə olub-olmaması onların peşəkarlığı ilə müəyyən edilir” – Macavariani bildirib.