Levan Lortkipanidze - Bilmirəm öz televiziyası olan o siyasi liderlərə efir niyə tələb etməliyik, səsi eşidilməyən xalqa tribuna verməliyik, Qvaramianın səsi yaxşı eşidilir
Levan Lortkipanidze - Bilmirəm öz televiziyası olan o siyasi liderlərə efir niyə tələb etməliyik, səsi eşidilməyən xalqa tribuna verməliyik, Qvaramianın səsi yaxşı eşidilir

 
Bilmirəm öz televiziyası olan o siyasi liderlərə efir niyə tələb etməliyik, səsi eşidilməyən xalqa tribuna verməliyik, Qvaramianın səsi yaxşı eşidilir – bu haqda politoloq Levan Lortkipanidze Gürcüstanın Birinci Kanalının yaxınlığında davam edən etiraz aksiyasında çıxışı zamanı bildirib.

Levan Lortkipanidzenin qeyd etdiyi kimi, dünənki efir göstərdi ki, xalq real insanların çıxışlarını istəyir.

“Dostlar, biz demokratik mühitdəyik, elə deyilmi? Burada demokratik forumdur. Məndən əvvəl elə insanlar çıxdı ki, onlarla birlikdə dayanmağı heç təsəvvür etməzdim və əminəm ki, çoxları da məni bəyənmir, amma bu mitinqdə fərqli düşüncəsi olan insanlarıq. Bilmirəm öz televiziyası olan o siyasi liderlərə efir niyə tələb etməliyik. Haradan? Niyə? İnsanlara deyəcəklərini çatdıramı bilmirlər? Son illərdə bu cəmiyyətdə ən yüksəkdən qışqıran insanların səsə niyə ehtiyacı var? Özlərinin insanlarına səslərini çatdırmaq istəyirlərsə, bu səsi çatdırarlar. Bizim təklifimiz ondan ibarətdir ki, səsi eşidilməyən, bu səsi əlindən alınmış insanlara tribuna verək. Burada belə insanlar var. Məsələn, İrakli Lomourini gördüm, möhtəşəm gürcü yazıçısı, onun səsi bu gün cəmiyyətdə eşidilmir, Qvaramianın səsi yaxşı eşidilir. Beləliklə, biz bir hissə səsi olan insanların daha çox danışması üçün burada dayanmırıq. İnsanlara tribuna lazımdır. Dünənki efir göstərdi ki, insanlar real insanların çıxışına susayıb, insanlar hər gün mübarizə aparan, əksəriyyətlə eyni sıxıntıları paylaşan insanların çıxışlarına susayıb. Odur ki, bu nümayişdə bir hissənin malik olduğu bu iradı nəzər alın” – Levan Lortkipanidze bildirib.