Levan Korğalidze - Tallinndə "Levadia"ya qol vura bilmədik, Tbilisidə bacaracağımıza ümid edirik #1TVSPORT
“Levadia” ilə Konfrans Liqasının kvalifikasiya mərhələsinin cavab oyunu öncəsi Tbilisinin “İberia” komandasının baş məşqçisi Levan Korğalidze mətbuat konfransı keçirib və komandanın cavab matçındakı şanslarını dəyərləndirib.
“Qol məqamlarını dəyərləndirə bilməyəndə, öz qapına qol vurma ehtimalı var və Tallində məhz bu baş verdi – reallaşdırma problemimiz vardı. Çox böyük ümidimiz var ki, Tbilisidə bu çatışmazlığı aradan qaldıracağıq. “Levadia”nın baş məşqçisinin ilk oyunda onların üstün olduğunu deməsi ilə razılaşmıram, çünki ilk təhlükəli məqamı 73-cü dəqiqədə yaratdılar, bizim isə Milli Liqadakı bir çox oyunda bu qədər qol imkanımız olmayıb.
Uğursuzluq halında, komandada qalacağam yoxsa qalmayacağam? Rəhbərliyin bizə böyük etimadı var. Bu, çempionluq, cari mövsümün nəticələri və baxımlı futbol oynamağımızla bağlıdır. Əlbətdə, kiçik uğursuzluqlar var, lakin vəziyyəti düzəldəcəyimizə ümid edirik. Klub rəhbərliyinin bizə inanması yaxşıdır və ümidləri doğrultmaq üçün əlimizdən gələnin maksimumunu edəcəyik.
Hadisələr arzuolunmaz ssenari üzrə inkişaf edərsə, biz əyləşərək komanda üçün ən uyğun olan qərarı qəbul edəcəyik.
Qizi Mamaqeişvilinin iki oyunluq cəzası var və cavab oyununda belə bizə kömək edə bilməyəcək. Qiorqi Tabatadze isə xoşbəxtlikdən özünü yaxşı hiss edir və ümid edirəm oynayacaq”.
Konfrans Liqasının ikinci kvalifikasiya mərhələsində “İberia” Estoniya çempionu “Levadia” ilə iyulun 29-da Tbilisidə cavab oyununda qarşılaşacaq. Gürcüstanın Birinci Kanalı saat 20:00-dan qarşılaşmanın televiziya reportajını təqdim edəcək.