Levan Jorjoliani - Zərər hesablanacaq və dəymiş ziyanın ödənilməsi ilə bağlı müvafiq qərar veriləcək, kiçik infrastruktur işlərinə dərhal başlanacaq
Levan Jorjoliani - Zərər hesablanacaq və dəymiş ziyanın ödənilməsi ilə bağlı müvafiq qərar veriləcək, kiçik infrastruktur işlərinə dərhal başlanacaq

 
Yağan güclü qara görə bu və ya digər ailəyə nə qədər ziyanın dəydiyini hesablamaq üçün baş nazirin qərarı ilə zərəri hesablayacaq komissiyalar yaradılacaq – bu haqda Gürcüstanın Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani jurnalistlərə bildirib.

Levan Jorjolianinin qeyd etdiyi kimi, munisipalitetlər dərhal işə başlayacaq və zərər çəkmiş əhaliyə yardım göstərilməsinə başlanacaq.

“Kiçik infrastruktur işləri halında, işlərə dərhal başlanılacaq, bu dam örtüyünün dəyişdirilməsi və kiçik infrastruktur zərərini nəzərdə tutur. Munisipalitetlər bununla əlaqədar dərhal işə başlayacaq. Məsələ birbaşa konkret binanın-tikilinin, evin dayanıqlığı ilə bağlıdırsa və ya təhlükəsizlik ilə bağlı rəyimiz olması halında və ya ilk baxışdan da orada yaşamağın təhlükəsiz olmadığı görünürsə, bu halda munisipalitet belə ailələri kirayə evlərə köçürəcək. Heç kim damsız qalmayacaq, bu halda zərər hesablanacaq və dəymiş ziyanın ödənilməsi ilə bağlı müvafiq qərar veriləcək” – Levan Jorjoliani bildirib.