Levan Jorjoliani UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru ilə görüşüb
Levan Jorjoliani UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru ilə görüşüb

 

Gürcüstan Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Recina De Dominikis ilə görüşüb.

Gürcüstan Hökumət Administrasiyasının məlumatında, tərəflərin UNICEF-in Gürcüstandakı fəaliyyətinin əsas istiqamətlərini və cari layihələri müzakirə etdikləri deyilir.

Onların məlumatında, uşaq hüquqları, səhiyyə və təhsil məsələlərinə diqqət yetirildiyi deyilir.

“Həmçinin, Gürcüstanın dövlət qurumlarının və BMT-nin agentliklərinin iştirakı ilə fəaliyyət göstərən rəhbər komitənin fəal işlədiyi gələcək əməkdaşlığın prioritetlərinə toxunulub. Hökumət Administrasiyasının rəhbəri qeyd edib ki, BMT-nin agentlikləri ilə əlaqələr proqramının əsaslanacağı əməkdaşlıq çərçivəsi hazırlanır. Tərəflər müxtəlif proqramlar çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər” – Hökumət Administrasiyasının məlumatında deyilir.