Levan Jorjoliani – Hökumətlə biznes arasında aparılan kommunikasiya nəticəsində şəbəkə marketlərində endirimlə satışa çıxarılacaq 15 ilkin tələbat məhsulu müəyyən edilib
“Vacibdir ki, hökumət ilə biznes arasında aparılan kommunikasiya nəticəsində 15 ilkin tələbat məhsulu müəyyən edilib və şəbəkə marketlərində xüsusi yerlər yaradılacaq, burada həmin 15 məhsul endirimli qiymətlərlə təqdim olunacaq”, – bunu Gürcüstan Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani bildirib.
Levan Jorjolianın sözlərinə görə, qiymətlərlə bağlı yaradılmış hökumət və parlament komissiyası fəal şəkildə çalışıb.
“İstehlakçı qiymətləri ilə bağlı problemli məsələlər müəyyən edildi. Vacibdir ki, hökumət ilə biznes arasında aparılan kommunikasiya nəticəsində 15 ilkin tələbat məhsulu seçildi – bunlar istehlakçılar üçün ən vacib məhsullardır və şəbəkə marketlərində xüsusi yerlərdə endirimli təqdim olunacaq. Bu, qısa müddətli nəticədir. Biz hesab edirik ki, iş davam etdirilməlidir ki, qiymətlərlə bağlı son nəticə artıq uzun müddətli perspektivdə əldə edilsin”, – deyə Levan Jorjoliani bildirib.