Levan Jorjoliani Gürcüstanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Ana Riç ilə görüşüb
Gürcüstan Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani Gürcüstanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) nümayəndəsi Ana Riç ilə görüşüb.
Levan Jorjoliani Ana Riçi vəzifəyə təyin olunması münasibətilə təbrik edib və uğurlar arzulayıb.
Görüşdə Gürcüstan ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) ofisi arasında mövcud əməkdaşlıq haqda danışıblar. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Tbilisi ofisinin Gürcüstanın işğal olunmuş bölgələrində insan hüquqlarının və humanitar vəziyyətin yaxşılaşdırılması baxımından iştirakının əhəmiyyəti qeyd olunub.
Görüşdə həmçinin Gürcüstan və UNHCR arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi yolları müzakirə edilib. UNHCR-ın nümayəndəsi qrantların şəffaflığı istiqamətində Gürcüstan hökuməti ilə əməkdaşlığa hazır olduğunu bildirib.