Levan Jorjoliani - Düşünürük ki, Hökumət Koordinasiya Komissiyasının işləri aprelin sonuna qədər başa çatacaq, qiymətlərin azalmasının iş prosesi ərzində də başlayacağını gözləyirik
Bu gün ərzaq qiymətləri üzrə Hökumət Koordinasiya Komissiyasının ilk iclası keçirildi. Qeyd edildi və qərara alındı ki, komissiya təkcə ərzaq qiymətləri üzərində deyil, həm də əhalimiz üçün çox vacib olan dərmanlar və yanacaq qiymətləri üzərində işləyəcək – bu haqda Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani Hökumət Koordinasiya Komissiyasının iclası başa çatdıqdan sonra deyib.
Onun sözlərinə əsasən, paralel rejimdə, Gürcüstan Parlamentində müvafiq qrup qeyd olunan məsələni öyrənəcək.
“Düşünürük ki, komissiya işləri aprelin sonuna qədər başa çatdıracaq, paralel rejimdə, müvafiq qrup parlamentdə qeyd olunan məsələni öyrənəcək və birlikdə, parlamentlə koordinasiyada, istənilən nəticəyə nail olacağımızı düşünürük. Gözləntimiz odur ki, qiymətlərin azalması proses ərzində də başlayacaq və həmçinin, çox vacibdir ki, əhaliyə bu qiymətlərin nələri əhatə etməsi, qiymət artımlarının harada olması, məntiqsiz qiymət artımlarının harada olması və mövcud Avropa təcrübəsinə uyğun olmadığı barədə ətraflı məlumat verəcəyik” – Levan Jorjoliani bildirib.