Levan Jorjoliani “Delphi” İqtisadi Forumunun təsisçisi və prezidenti Simeon Tsomokos ilə görüşüb

17:01, 08.09.2026

Gürcüstan Hökuməti Administrasiyasının rəhbəri Levan Jorjoliani “Delphi” İqtisadi Forumunun təsisçisi və prezidenti Simeon Tsomokos ilə görüşüb.
Görüş zamanı gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Siyasi, iqtisadi və geosiyasi məsələlər üzrə yüksək səviyyəli müzakirələrin təşviqi baxımından “Delphi” İqtisadi Forumunun dialoq və əməkdaşlıq platforması kimi əhəmiyyəti vurğulanıb.

Gürcüstanın forum çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakı qeyd olunub.

Gürcüstanın iqtisadi artım dinamikasına, ölkənin tranzit və logistika potensialına xüsusi diqqət yetirilib. Həmçinin Orta Dəhlizin təhlükəsiz və etibarlı tranzit marşrutu kimi əhəmiyyəti, eləcə də Gürcüstanın regional bağlantıların gücləndirilməsində rolu vurğulanıb.

Hökumət Administrasiyasının rəhbəri Gürcüstanın “Delphi” İqtisadi Forumu çərçivəsində planlaşdırılan tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Görüşdə Gürcüstanın Yunanıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Levan Beridze və Hökumət Administrasiyası rəhbərinin müavini Zviad Barkaya da iştirak ediblər.

Məlumatı Gürcüstan Hökuməti Administrasiyası yayıb.

Oxşar