Levan Jorjoliani BMT Uşaq Fondunun Gürcüstandakı nümayəndəsi ilə görüşüb
Gürcüstan Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani BMT Uşaq Fondunun (UNICEF) Gürcüstandakı nümayəndəsi İzabella Kastrocovani ilə görüşüb.
Levan Jorjoliani fondun yeni rəhbərini missiyasının başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Görüşdə Gürcüstan hökuməti ilə UNICEF arasında mövcud əməkdaşlığa diqqət yönəldilib. Hökumət Administrasiyasının rəhbəri Gürcüstanın UNICEF-in İcraiyyə Şurasının üzvü kimi fondun qlobal prioritetlərinin həyata keçirilməsinə kömək etməyə hazır olduğunu təsdiqləyib.
Levan Jorjoliani həmçinin BMT-nin agentlikləri ilə Gürcüstan hökuməti arasında milli prioritetlərə və dayanıqlı inkişaf məqsədlərinə uyğun olan və ölkənin davamlı inkişafına və institusional tərəqqisinə kömək edən səmərəli əməkdaşlığı xüsusilə qeyd edib.
Görüşdə Hökumət Administrasiyası rəhbərinin müavini Zviad Barkaia iştirak edib.