Levan Jorjoliani Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erken ilə görüşüb
Levan Jorjoliani Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erken ilə görüşüb

 

Gürcüstanın Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erken ilə görüşüb.

Gürcüstanın Hökumət Administrasiyasının məlumatına əsasən, görüşdə miqrasiya məsələləri və Gürcüstan hökuməti ilə Beynəlxalq Miqrasiya Təşkilatının bu istiqamətdə əməkdaşlığı müzakirə olunub.

“Əmək Miqrasiyası haqqında Qanun”a edilən dəyişikliklər müzakirə olunub. Həmçinin, ölkədə əcnəbilərin işə götürülməsi və yeni iş icazələrinin verilməsi məsələlərinə toxunulub. Hökumət Administrasiyasının rəhbəri qeyd edib ki, Gürcüstan vətəndaşlarının əmək hüquq və mənafelərinin qorunması məqsədilə, əcnəbilərin işə götürülməsinə icazə verilən sahələr, eləcə də xarici ölkə vətəndaşlarının işə götürülməsinin qadağan olunduğu istiqamətlər müəyyən edilib.

Həmçinin, görüşdə qanunsuz miqrasiya ilə mübarizə və dövlətin bu istiqamətdə atdığı addımlara diqqət yönəldilib” – məlumatda qeyd olunub.