Levan Cjorcolianı Qırmızı Xaçın Beynəlxalq Komitəsinin nümayəndə heyətinin rəhbəri Ann Montavon ilə görüşüb
Gürcüstan Hökumət Administrasiyasının rəhbəri Levan Cjorcolianı Qırmızı Xaçın Beynəlxalq Komitəsinin (ICRC) nümayəndə heyətinin rəhbəri Ann Montavon ilə görüşüb.
Ann Montavon Qırmızı Xaçın Beynəlxalq Komitəsi adından Hökumət Administrasiyasının rəhbərinə bütöv Gürcüstanın Katolikos-Patriarxının vəfatı ilə əlaqədar başsağlığı verib.
Görüşdə Gürcüstan hökuməti ilə Qırmızı Xaçın Beynəlxalq Komitəsi arasındakı effektiv əməkdaşlığa diqqət çəkilib. Xüsusilə Qırmızı Xaçın Beynəlxalq Komitəsinin itkin düşmüş şəxslərin axtarışı və identifikasiyası sahəsində əhəmiyyətli rolu vurğulanıb.
Müzakirələr həmçinin Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyətə toxunub. Hökumət Administrasiyasının rəhbəri Qırmızı Xaçın Beynəlxalq Komitəsi nümayəndə heyətinə münaqişədən zərər çəkmiş əhaliyə humanitar dəstək göstərdiyi üçün təşəkkürünü bildirib.
Görüşdə Hökumət Administrasiyasının rəhbərinin müavini Zviad Barkaya da iştirak edib.
Məlumat Gürcüstan Hökumət Administrasiyası tərəfindən yayımlanıb.