Levan İoseliani: “Vano Merabişvili – 6 il 9 ay, Zurab Adeişvili – 6 il, Davit Kezeraşvili – 5 il, Baço Axalaya – 9 il, Megis Kardava – 9 il, Aleko – 13 il!”

16:02, 13.07.2026

Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani sosial şəbəkədə paylaşım edərək Aleko Elisashvili barəsində çıxarılan məhkəmə hökmünə münasibət bildirib.

İoseliani paylaşımında keçmiş hakimiyyət nümayəndələrinə verilmiş məhkəmə cəzalarını xatırladıb və onları Aleko Elisashviliyə təyin olunan cəza ilə müqayisə edib.

“Vano Merabişvili – 6 il 9 ay; Zurab Adeişvili – 6 il; Davit Kezeraşvili – 5 il; Baço Axalaya – 9 il; Megis Kardava – 9 il; Aleksandr Muxadze, ləqəbi ‘Qatil’ – 9 il; Viktor Kaçeişvili – 9 il; Oleq Patsatsia – 9 il; Gigi Uqulava – 3 il 2 ay; Qaqa Mkurnalidze – 3 il 4 ay; və sair… Aleko – 13 il!” – deyə İoseliani sosial şəbəkədə yazıb.

Xatırladaq ki, Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə terror aktına cəhd ittihamı ilə həbs olunan “Güclü Gürcüstan – Lelo” koalisiyasının liderlərindən biri Aleko Elisashvili 13 il müddətinə azadlıqdan məhrum edilib.

Oxşar