Levan İoseliani - Saxlanılan vətəndaşlara baş çəkdik, həddindən artıq güc tətbiqinin baş verdiyi bütün faktlarla bağlı müvafiq sənədləri tərtib etdik və Xüsusi İstintaq Xidmətinə göndərdik
Levan İoseliani - Saxlanılan vətəndaşlara baş çəkdik, həddindən artıq güc tətbiqinin baş verdiyi bütün faktlarla bağlı müvafiq sənədləri tərtib etdik və Xüsusi İstintaq Xidmətinə göndərdik

 
Gürcüstanın xalq müdafiəçisi Levan İoselianinin bəyanatına əsasən, dünən saxlanılan, Ombudsman Aparatının nümayəndələri və özünün ziyarət etdiyi vətəndaşların əksəriyyəti qeyri-müvafiq rəftara eyham vurur.

İoseliani bildirib ki, hüquq-mühafizə orqanının heç bir əməkdaşı vəzifə səlahiyyətlərindən sui-istifadədə və ya zorakılıqda ifşa olunmayıb, bu da mühüm məsələdir.

“Bu gün mən və nümayəndələrim həm Tbilisidə, həm də Tbilisidən kənarda saxlanılan bütün vətəndaşlara baş çəkdik. Həddindən artıq güc tətbiqinin baş verdiyi bütün faktlarla, insanların döyüldüyünü gördüyümüz hər bir hadisə ilə bağlı əlbətdə, müvafiq sənədləri tərtib etdik və Xüsusi İstintaq Xidmətinə göndərdik. Burada da bir nəfər istisna olmaqla, praktiki olaraq gördüyüm hər kəs polis tərəfindən fiziki zorakılığın və qeyri-müvafiq rəftarın olduğunu bildirdi. Onların bir neçəsinin üzündə hətta görünürdü.

Təəssüflər olsun ki, əvvəlki aksiyalarda olduğu kimi, polis tərəfindən həddindən artıq güc tətbiq edilməsi adi hala çevrilib, çünki 25 nəfərə baş çəkmişik və onlardan 22-si qeyri-müvafiq rəftara eyham vurdu, məncə, bu, həyəcanverici statistikadır. Ən əsası odur ki, konkret, ehtimal olunan cinayəti törədən şəxslər məsuliyyətə cəlb olunsunlar. Bu günə kimi bizdə vəziyyət belədir ki, bir çox vətəndaşlarımız xəsarət alıb, o cümlədən hazırda İnqoroğvada müalicə alan insanlar var, lakin hüquq-mühafizə orqanının heç bir əməkdaşı vəzifə səlahiyyətlərindən sui-istifadədə və ya zorakılıqda ifşa olunmayıb. Bu, Xüsusi İstintaq Xidmətinin cavab verməli olduğu çox mühüm məsələdir” – Diğominin Baş İdarəsində olan Levan İoseliani bildirib.