Levan İoseliani – Prokurorluğun təqdim etdiyi sübutların bir daha nəzərdən keçirilməsi və Mzia Amağlobelinin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə müraciət etdik
Biz məhz həbs-qətimkan tədbirinin əsaslılığını müzakirə etdiyimiz məhkəməyə müraciət etdik və dedik ki, bu qətimkan tədbirinin dəyişdirilməsi üçün prokurorluğun təqdim etdiyi sübutlar bir daha nəzərdən keçirilsin – bu haqda xalq müdafiəçisi Levan İoseliani bildirib.
Ombudsman bildirib ki, Mzia Amağlobeliyə qarşı həbs deyil və daha humanist olacaq başqa qətimkan tədbiri tətbiq olunmalıdır.
“Biz işləməyə davam edirik. Bu mərhələdə ən önəmlisi məhbusun sağlamlıq vəziyyətidir. “Vivamed”in həkiminin bəyanatını gördük, o da onun bu müalicəni almasını və bu tövsiyələrə əməl etməsini vacib hesab edir. İşin istintaq materiallarına çıxışımız yoxdur və işin materiallarını şərh edə bilmərəm. Biz onu bütövlükdə tədqiq etdikdə istintaqın nə dərəcədə effektiv olduğunu və hansı sübutların olduğunu qiymətləndirmək imkanımız olacaq. Təkrar edə biləcəyim yeganə şey odur ki, qətimkan tədbiri hissəsində həbs-qətimkan tədbirinin tətbiqinin zəruriliyi ilə bağlı məhkəməyə çağırış edirəm, bizim hazırladığımız “məhkəmənin dostu”nu nəzərə alsın və orada təqdim etdiyimiz halları və sübutları rəhbər tutsun. Qətimkan tədbirini başqa forma ilə dəyişsin” – İoseliani bildirib.