Levan İoseliani - Mən həm humanist yanaşmanın, həm də cəzanın yüngülləşdirilməsinin, insanların həbsxanadan vaxtından əvvəl çıxmasına kömək edən bütün mexanizmlərin tərəfdarıyam
Mən insanların vaxtından əvvəl azad edilməsinin, əfvin – insanların həbsxanadan vaxtından əvvəl çıxmasına kömək edən bütün mexanizmlərin tərəfdarıyam – bu haqda Gürcüstanın xalq müdafiəçisi Levan İoseliani açıqlayıb.
Jurnalist xalq müdafiəçisinə sual ünvanlayıb: “Aprelin 9-da Andria Cağmaidze siyasi məhbusların əfv edilməsi məsələsinə yenidən baxılacağını və onların bir daha müraciət edəcəklərini demişdi. Sizin tövsiyəniz nə olacaq? Bu, konsolidasiyaya doğru atılmış addım hesab edilə bilərmi?”
Suala cavab olaraq İoseliani həm humanist yanaşmanın, həm də cəzanın yüngülləşdirilməsinin tərəfdarı olduğunu qeyd edib. Bununla yanaşı, o, yeni Patriarxın İkinci İlianın yanaşmalarını davam etdirməsi və nəzərə almasının vacib olduğunu deyib.
“Bununla əlaqədar mövqeyim ictimaiyyətə məlumdur. Mən həm humanist yanaşmanın, həm də cəzaların yüngülləşdirilməsinin tərəfdarıyam. İnsanların vaxtından əvvəl azad edilməsi, əfvin -insanların həbsxanadan vaxtından əvvəl çıxmasına kömək edən bütün mexanizmlərin. Əlbəttə, hazırda cəza çəkən insanlara da eyni münasibət bəsləyirəm. Patriarxın rolu çox böyükdür, Patriarx İkinci İlianın bu ölkəyə qoyub getdiyi miras çox xüsusidir. O, həqiqətən hamının, cəmiyyətin bütün təbəqələrinin, ölkəmizin bütün vətəndaşlarının Patriarxı idi. Düşünürəm ki, bu, yeni Patriarxın davam etdirməli və nəzərə almalı olduğu vacib yanaşmadır” – İoseliani bildirib.