Levan İoseliani Levan Xabeişvilinin ailə üzvləri və vəkili ilə görüşüb
Levan İoseliani Levan Xabeişvilinin ailə üzvləri və vəkili ilə görüşüb

 

Dekabrın 23-də Gürcüstanın xalq müdafiəçisi Levan İoseliani məhkum Levan Xabeişvilinin ailə üzvləri və vəkili ilə görüşüb.

Xalq müdafiəçisinin aparatının məlumatına əsasən, görüşdə məhkumun ailə üzvləri ilə görüşü məsələsinə toxunulub.

“Həmçinin, vəkil işin təfərrüatları haqqında danışıb və materialları yaxın günlərdə xalq müdafiəçisinin aparatına təqdim edəcəyini qeyd edib” – məlumatda qeyd olunub.