Levan İoseliani - Jurnalistlərin azad mühitdə öz işlərini görmək imkanı olmalıdır, əngəl olmaq cinayətdir, mən bir daha hamını bu cür hərəkətlərdən çəkinməyə çağırıram
Levan İoseliani - Jurnalistlərin azad mühitdə öz işlərini görmək imkanı olmalıdır, əngəl olmaq cinayətdir, mən bir daha hamını bu cür hərəkətlərdən çəkinməyə çağırıram

 
Hansı televiziya, İctimai Yayımçı və ya başqa televiziya olmasından asılı olmayaraq, istənilən formada əngəl olmaq qətiyyən qəbuledilməzdir. Jurnalistlərin azad mühitdə öz işlərini görmək, məlumat yaymaq imkanı olmalıdır və buna əngəl olmaq cinayətdir – bu haqda Gürcüstanın xalq müdafiəçisi Levan İoseliani bildirib.

İoseliani bildirib ki, o, bir daha hamını oxşar hərəkətlərdən çəkinməyə və mediaya azad mühitdə işləmək imkanı verməyə çağırır.

“Nifrət dili mənim üçün qəbuledilməzdir. Əngəl törədilirsə, kimin üçünsə medianın məqbul və ya qeyri-məqbul olmasından asılı olmayaraq, kiminsə medianın fəaliyyətini həyata keçirməsinə əngəl olması qətiyyən ağlasığmazdır. Biz indi cəmiyyətin kəskin şəkildə qütbləşdiyi və bu qütbləşmiş mühitdə medianın da buna uyğun olaraq qütbləşdiyi bir mühitdə yaşamalıyıq. Bəzi insanların bir-birinin yayım standartını, reportajını və ya fikrini bəyənməməsi başa düşüləndir, lakin buna baxmayaraq, qanun və konstitusiya bizi hər kəsin ifadə azadlığına hörmət etməyə və mediaya hadisələri lazım bildiyi şəkildə işıqlandırmaq imkanı verməyə məcbur edir” – Levan İoseliani qeyd edib.