Levan İoseliani - Dövlətin işğal xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə xüsusi yanaşma göstərməsi vacibdir, əhali sayının azalmaması üçün hər şey edilməlidir
Levan İoseliani - Dövlətin işğal xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə xüsusi yanaşma göstərməsi vacibdir, əhali sayının azalmaması üçün hər şey edilməlidir

 

Xalq müdafiəçisi Levan İoseliani Qori Munisipalitetində işğal xəttinə yaxın yerləşən Mecvrisxevi və Axalubani kəndlərinin sakinləri ilə görüşüb.

Xalq Müdafiəçisi Aparatının məlumatına əsasən, Mecvrisxevi və Axalubani kəndlərinin sakinləri ilə söhbət zamanı məlum olub ki, kəndlərdə bu günə qədər infrastruktur qaydaya salınmayıb, müxtəlif proqramlara, o cümlədən sosial və səhiyyə xidmətlərinə çıxış məhduddur. Əhalinin, böyük ölçüdə isə gənclərin yaşayış yerlərindən köçməsi çox mühüm çağırışdır, bu isə ölkə üçün işğal xəttinə yaxın ərazilərin boşalması təhlükəsini yaradır.

“Dövlətin bu 83 kəndə xüsusi yanaşma göstərməsi vacibdir və işğal xəttinə yaxın ərazidə yaşayan əhalinin sayının azalmaması üçün hər şey edilməlidir, çünki biz harada olsaq da, hər zaman başqasının gəlib yerimizi tutması təhlükəsi mövcuddur” – Levan İoseliani bildirib.

Məlumatda qeyd olunub ki, xalq müdafiəçisi işğal xəttinə yaxın ərazidə yaşayan Gürcüstan vətəndaşları ilə intensiv şəkildə görüşür və onların problemləri barədə həm mərkəzi, həm yerli hakimiyyəti, eləcə də ictimaiyyəti məlumatlandırır.