Levan İoseliani 12 saylı Cəzaçəkmə Müəssisəsində Baço Axalaia, Paata Burculadze, Murtaz Zodelava, Qriqol Liluaşvili, Mixeil Saakaşvili, İrakli Ğaribaşvili və Levan Xabeişvili ilə görüşüb
Levan İoseliani Rustavinin 12 saylı Cəzaçəkmə Müəssisəsində Baço Axalaia, Paata Burculadze, Murtaz Zodelava, Qriqol Liluaşvili, Mixeil Saakaşvili, İrakli Ğaribaşvili və Levan Xabeişvili ilə görüşüb. Bu haqda məlumatı Xalq Müdafiəçisinin Aparatı yayır.
“Gürcüstanın xalq müdafiəçisi Levan İoseliani fevralın 4-də Rustavinin 12 saylı yarıaçıq və qapalı tipli cəzaçəkmə müəssisəsini ziyarət etdi.
Xalq müdafiəçisi müəssisənin rəhbərliyi ilə görüşdü, məhbusların yaşayış şəraiti ilə tanış oldu və müəssisədəki məhbuslarla: Baço Axalaia, Paata Burculadze, Murtaz Zodelava, Qriqol Liluaşvili, Mixeil Saakaşvili, İrakli Ğaribaşvili və Levan Xabeişvili ilə söhbət etdi.
Xalq müdafiəçisi müntəzəm olaraq cəzaçəkmə müəssisələrinin monitorinqini aparır və məhbusların hüquqlarına nəzarəti həyata keçirir” – Xalq Müdafiəçisinin Aparatının yaydığı məlumatda deyilir.