Levan Qorqadze - Yaponiyada bildilər ki, rus və amerikalı deyil, gürcüyəm
Yaponiyada kim də Gürcüstanı bilmirdisə, indi tanış oldu, – bu barədə İmperator Kubokunun qalibi, Levan Qorqadzeni – Toçinoşini Birinci Kanal ilə müsahibəsində bəyan etdi.
Onun dediyinə görə, bu uğur Gürcüstan üçün önəmlidir.
“Karieramda, 12 il ərzində bu ən gözəl gün idi. Keçmişdə turnirlərim olub, lakin bu cür nəticəm olmayıb. Fiziki olaraq hazırlandım – dizimdə zədəm də var. Lakin indi yaxşıyam. Məşqi də yaxşı keçirdim.
Yaponiyada hamı sevinir..Məni tanıyan, tanımayan. Kim də Gürcüstanın harada olmasını bilmirdisə, indi tanış oldu.
Gürcüstandan dəstək hiss edirdim. Mənimkilərdə bunları mənə deyirdilər.
Təbriklərə kimə cavab verə bilmədimsə, üzr istəyirəm.
Mənə bu 12 il ərzində pərəstişkarlıq edən hər bir kəsə minnətdarlığımı bildirirəm.
Ölkə üçün bu nailiyyət çox ömənlidir. Əvvələr məni “Qruzia” kimi elan edirdilər, sonra isə “Corcia” və bir çoxu hesab edirdi ki, men Amerikalıyam. Sonra bildilər ki, rus və amerikalı deyil, gürcüyəm”, – Levan Qorqadze bəyan etdi.
Toçinoşin İmperator Kubokunu qazanan ilk gürcüdür. O, həmçinin bənzər qələbəyə nail olan üçüncü Avropalıdır.