Tamaşaçıların alqışları fonunda, gürcü Levan Qorqadze – Toçinoşiniyə Yaponiya İmperator Kuboku verildi.
Toçinoşin İmperator Kubokunu qazanan ilk gürcüdür. O, həmçinin bənzər qələbəyə nail olan üçüncü Avropalıdır.
Bu gün gürcü, artıq çempion titulunda son görüşünü yaponiyalı Endo Şota ilə keçirdi və onu da məğlubiyyətə uğratdı. O, döyüş balansını 14:1-ə qədər artırdı.
Döyüşdən sonra mükafatlandırma mərasimi keçirildi və gürcüyə İmperator Kubokunu təhvil verdilər.