Levan Davitaşvili Robin Danniqanla görüşüb və görüşdə Amerika Birləşmiş Ştatlarının yeni administrasiyası ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Levan Davitaşvili Robin Danniqanla görüşüb və görüşdə Amerika Birləşmiş Ştatlarının yeni administrasiyası ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər

 

Gürcüstanın birinci vitse-baş naziri Levan Davitaşvili ABŞ-nin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Robin Danniqanla görüşüb və görüşdə Amerika Birləşmiş Ştatlarının yeni administrasiyası ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Bu barədə məlumatı Gürcüstanın İqtisadiyyat Nazirliyi yayır.

Nazirliyin məlumatında, Levan Davitaşvilinin səfirlə görüşdə Gürcüstanın iqtisadi prioritetlərindən danışdığı və bu kontekstdə hər iki ölkə üçün vacib olacaq imkanları vurğuladığı deyilir. Həmçinin, tərəflər
Amerika Birləşmiş Ştatlarının yeni administrasiyasının elan etdiyi iqtisadi prioritetləri və innovasiya və texnologiyalar, ticarət, nəqliyyat və logistika, Orta dəhliz, habelə energetika sahəsində sərmayə və əməkdaşlığın təşviq edilməsi də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“Görüşdə qeyd edildiyi kimi, bu il San-Fransiskoda Gürcüstandan kənarda məqsədi gürcü startap şirkətlərinin beynəlmiləlləşməsini və qlobal bazarlara çıxışını dəstəkləmək, eləcə də qlobal texnologiya şirkətlərini, xarici vençur fondlarını və mələk investorlar şəbəkələrini Gürcüstanın innovasiya ekosistemi ilə maraqlandırmaq olan ilk texnoloji mərkəzin yaradılması planlaşdırılıb. Robin Danniqanın bəyan etdiyi kimi, ABŞ səfirliyi Gürcüstanın Xarici İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyinin İnnovasiya və Texnologiyalar Agentliyi tərəfindən birlikdə həyata keçiriləcək bu layihəni fəal şəkildə dəstəkləyəcək.

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə tərəflər həmçinin iki ölkə arasında həyata keçiriləcək ticarət missiyalarının təşviqi məsələlərini müzakirə ediblər. İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Qenadi Arveladze və ABŞ səfirliyinin iqtisadi məsələlər şöbəsinin rəhbərinin müavini Diana Kosta görüşdə iştirak edirdi – İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda deyilir.