Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirliyinə namizəd, Levan Davitaşvili komitə dnləməsində nitqlə çıxış edərkən ölkədə mühafizə olunmuş ərazilərin inkişafı barəsində söhbət etdi.
Levan Davitaşvilinin bəyan etdiyinə görə, ölkədə turizm sahəsində mövcud olan problemlərə baxmayaraq, 2019-cu ilin doqquz ayında, öncəki il ilə müqayisədə, mühafizə olunmuş ərazilərə vizitorların sayı səkkiz faiz ilə, gəlirlər isə, otuz faiz ilə artıbdır.
Onun dediyinə görə, mühafizə olunmuş ərazilər agentliyi ekoturist infrastrukturunun təşkili üçün fəal işləyir. Son illərdə bu istiqamət üzrə 20 milyon lari xrclənibdir.