Levan Davitaşvili – Müəyyən olunmuş vaxt çərçivəsində Gürcüstanın ehtiyaclarına uyğun, müasir və yeni bir limana sahib olacağıq
Levan Davitaşvili – Müəyyən olunmuş vaxt çərçivəsində Gürcüstanın ehtiyaclarına uyğun, müasir və yeni bir limana sahib olacağıq

“Gürcüstan hökuməti bu cür mühüm layihələrin və kritik infrastrukturun inkişafına maksimum məsuliyyətlə yanaşır. Bu, illər ərzində şahidi olduğumuz olduqca məsuliyyətsiz özəlləşdirmələrdən tamamilə fərqlidir,” – bunu iqtisadiyyat naziri Levan Davitaşvili Anaklia limanı haqqında danışarkən bildirib.

Davitaşvilinin sözlərinə görə, Anaklia limanı layihəsinin inkişafı fasiləsiz şəkildə davam edir.

“Biz özəl tərəfdaşın seçilməsinə diqqətlə yanaşırıq. Eyni zamanda bir daha vurğulamaq istəyirəm ki, vaxt itirilmir və layihənin inkişafı heç bir maneə olmadan gedir. Beləliklə, müəyyən olunmuş müddət ərzində Gürcüstanın ehtiyaclarına uyğun, müasir və yeni bir limanımız olacaq,” – deyə Davitaşvili qeyd edib.