Levan Davitaşvili – Gürcüstanın Baş nazirinə sektorumuza göstərdiyi xüsusi dəstəyə görə təşəkkür edirəm

11:39, 01.07.2021

Bizim vəzifəmiz uzunmüddətli inkişaf vizyonu yaratmaqdır və Gürcüstanın Baş naziri İrakli Ğaribaşviliyə sektorumuza göstərdiyi xüsusi dəstəyə görə təşəkkür edirəm, – deyə Ətraf və kənd təsərrüfatı naziri Levan Davitaşvili “Ətraf mühit” proqramının təqdimatında dedi.

Nazirin sözlərinə görə, kəndlərin inkişafı və ətraf mühitin qorunması üçün daha çox maliyyə mənbələrini səfərbər etmək lazımdır və bu baxımdan agentlik Gürcüstanın Baş naziri və hökumətinin tam dəstəyinə malikdir.

“İndiyə qədər olan böyümə sürətini artırmaq və iştirakınızla qarşımıza qoyduğumuz iddialı planlara çatmaq üçün növbəti 9-10 il ərzində daha çox resurs səfərbər edə bilməliyik. Burada özəl sektorun iştirakı çox vacibdir, donor təşkilatların dəstəyi və onlara təşəkkür etmək istəyirəm ” – deyə Levan Davitaşvili bildirdi.

Oxşar