Levan Davitaşvili Dövlət Təhlükəsizliyi Xidmətinin binasını tərk edib
Levan Davitaşvili Dövlət Təhlükəsizliyi Xidmətinin binasını tərk edib

 

Dövlət Təhlükəsizliyi Xidmətində ifadə verən Gürcüstanın sabiq iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili DTX-nın binasını tərk edib.

Məlum olduğu kimi, Levan Davitaşvili Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyində davam edən istintaq çərçivəsində, böyük neft şirkətlərindən biri ilə bağlanmış müqavilə ilə bağlı ifadə verib.

Levan Davitaşvilidən başqa, Gürcüstanın Neft və Qaz Korporasiyasının sabiq rəhbəri Qiorqi Çikovani də ifadə verirdi və hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin binasını tərk etməyib.