Sabiq iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili Dövlət Təhlükəsizliyi Xidmətində ifadə verir. Bu haqda məlumatı Gürcüstanın Birinci Kanalına Dövlət Təhlükəsizliyi Xidmətində təsdiqləyiblər.
Onların məlumatına əsasən, məsələ böyük neft şirkətlərindən biri ilə bağlanmış müqavilə ilə bağlıdır.
Levan Davitaşvilidən başqa, Qaz və Neft Korporasiyasının sabiq yüksək vəzifəli məmuru Qiorqi Çikovani də ifadə verir.
“Levan Davitaşvili və Qiorqi Çikovani Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyində davam edən istintaq çərçivəsində, böyük neft şirkətlərindən biri ilə bağlanmış müqavilə ilə bağlı ifadə verirlər” – Dövlət Təhlükəsizliyi Xidmətində bildiriblər.