Levan Davitaşvili- dövlət bu il rtvelinin subsidiyalaşmasını etməyəcək, buna ehtiyac mövcud deyil
Levan Davitaşvili- dövlət bu il rtvelinin subsidiyalaşmasını etməyəcək, buna ehtiyac mövcud deyil
Dövlət bu il rtvelinin subsidiyalaşmasını etməyəcək, buna ehtiyac mövcud deyil, – bu gaqda Ətraf Mühitin Qorunması və Kənd Təsərrüfatı naziri Levan Davitaşvili jurnalistlərə hökümət iclasının bitməsindən sonra bəyan etdi.

Onun dediyinə əsasən, bu il dövlət bu sahənin maliyyələşdirməsindən tamamilə çıxır.

“Bu ildövlət bu sahənin maliyyələşdirməsindən  və yardımdan, eləcə də subsidiyalaşmadan çıxır. Biz əvvəl də qeyd etmişdik ki,  ildən ilə dövlətin köməyi və iştirakını azaldacağıq”, – Devan Davitaşvili bəyan etdi.

Onun dediyinə əsasən, bu il dövlət maliyyələşdirmə istiqaməti ilə rtvelidə iştirak etməyəcək.

Levan Davitaşvili qeyd etdi ki, dövlətin intervesnsiyası olmadan qeyd olunmuş sahədə oxşar yüksək templə inkişaf edə bilməzdi.

“İndi qiymətləndirdik ki, bizim iştirakımıza ehtiyac yoxdu. Təmiz bazar iqtisadiyyat şəraitlərinin təyini, qiymət, eləcə də, çatdırılma prinsipləri və müvafiq olaraq dövlətin iştirakı tamamilə artıqdır”, – Kənd Təsərrüfatı naziri bəyan etdi.