Levan Davitaşvili – doluya qarşı sistemi tədbiq etməsək, Kaxetidə bu gün Rtvelimiz olmayacaqdı
2012-ci ildən kənd təsərrüfatı “Gürcü Arzusunun” prioritetlərindən biri olaraq elan edildi, lakin bu yalnız spz deyildi, bu işdə əks olunmuşdu və bu artıq nəticələrlə müəyyənləşdirilib, – bu barədə Kənd Təsərrüfatı naziri, Levan Davitaşvili “Gürcü Arzusunun” Siğnaği merliyinə namizəd, Malxaz Beqiaşvilinin təqdimatı tədbirində,nitqlə çıxış edərkən bəyan etdi.
Levan Davitaşvili baş nazirin təşəbbüsü olan doluya qarşı sistemə diqqət yetirdi.
“İrakli Ğaribaşvilinin təşəbbüsü idi, baş nazir olarkən, biz doluya qarşı sistemi tədbiq etdik və doluya qarşı sistemi tədbiq etməsək, Kaxetidə bu gün Rtvelimiz olmayacaqdı. Rtveli tezliklə başlayacaq və bilirik ki, bu Dedoplisğaro və Siğnaği munispalitetlərindən başlayr. Faktiki olaraq, bu il o qədər dolunun neytrallaşdırlması baş verdi ki, məhsulu tamamilə itirərdik. Bu sözsüz ki, yalnız üzümçülüyə aid deyil, eləcə də birillik və çoxillik mədəniyyətə aiddir”, – Davitaşvili bəyan etdi.