Levan Davitaşvili - bu il rekord göstəricidə üzüm işləndi, üzümçülərin gəliri isə, 300 milyon lariyi aşdı
2018-ci ildə müstəqil Gürcüstan tarixində rekord sayda – 230 min ton üzüm işləndi, üzümçülərin gəliri isə, 300 milyon laridən artıqdır, – bu barədə bəyanatı kənd təsərrüfatı naziri Levan Davitaşvili verdi.
Levan Davitaşvili mətbuat konfransında bu ilki “Rtveli”-yi (üzüm sezonunu) yekunlaşdırdı və jurnalistlərə son altı il ərzində üzümçülük-şərabçılıq sahəsidə həyata keçirilən tədbirləri təqdim etdi.
Nazirin qeyd etdiyinə görə, şərab ixracının həcmi artıb, ixrac bazarları isə, diversifikasiya edilib, yeni və daha genişləndirilmiş şərab müəssisələri yaradılıb, aqro-kredit və aqro-sığorta sistemləri işləməyə başlayıb.
Levan Davitaşvilinin dediyinə görə, dövlət yardımı ilə üzümçülük və şərabçılıq sahəsi gücləndirilib və artıq subsidiya forması ilə dəsətəyə ehtiyacı yoxdur.