Levan Darsalia – Dağ Yolları Agentliyinin məqsədi həm qış, həm də yay mövsümünün inkişaf etdirilməsidir
Dağ Yolları Agentliyinin əsas məqsədlərindən biri həm qış, həm də yay mövsümünün inkişaf etdirilməsidir – bu barədə Dağ Yolları Agentliyinin (MTA) direktor vəzifəsinin icraçısı Levan Darsalia Qoderdzi kurortunda yay mövsümünə həsr olunmuş tədbirdə bəyan edib.
Dağ Yolları Agentliyinin təşkilatçılığı ilə alp zonasında qonaqlar üçün müxtəlif aktivliklər təşkil olunub. Gürcü baş aşpazlar Acara mətbəxinin seçilmiş təamları üzrə kulinariya ustad dərsləri keçiriblər. Qonaqlar yerli yeməkləri dadmaq və müxtəlif fəaliyyətlərdə iştirak etmək imkanı əldə ediblər.
“Qoderdzidəki kanat yolları istirahət edənlərə fəal şəkildə xidmət göstərir. Sözügedən tədbir yay mövsümünün inkişafına xidmət edir və turistlərə maraqlı aktivliklərin təklif olunmasına kömək edir. “MTA”nın əsas məqsədlərindən biri həm qış, həm də yay mövsümünün inkişaf etdirilməsidir. Müvafiq olaraq, biz analoji tədbirləri yalnız Qoderdzidə deyil, idarə etdiyimiz digər kurortlarda da keçirməyi planlaşdırırıq” – Levan Darsalia bildirib.
Qoderdzidə kanat yolu infrastrukturu yay mövsümü üçün iyulun 21-dən fəaliyyət göstərir. Tədbir Dağ Yolları Agentliyi, “Visa Georgia” və “Ambassadori Goderdzi”nin birgə tərəfdaşlığı çərçivəsində keçirilib.