Lentexi Munisipalitetinin merinin məlumatına əsasən, sürüşmənin baş verdiyi Babili kəndi yaxınlığına ağır texnika səfərbər olunub və yolun təmizlənməsi istiqamətində işlər aparılır
Lentexi Munisipalitetinin meri Qia Onianinin məlumatına əsasən, sürüşmənin baş verdiyi Babili kəndi yaxınlığına ağır texnika səfərbər olunub və yolun təmizlənməsi istiqamətində işlər aparılır.
Oniani bildirib ki, bir neçə saata yolun təmizlənməsi mümkün olacaq.
Həmçinin, Mərkəzi Avtomobil Yolları Departamenti və yerli özünüidarəetmənin nümayəndələri fəlakət zonasındadırlar. Onların məlumatına əsasən, nəqliyyatın hərəkəti üçün yol ən qısa müddətdə açılacaq.
Sürüşmə nəticəsində xəsarət alan olmayıb.
Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti bu gün məlumat yaydı ki, Kutaisi–Tsğaltubo–Tsaqeri–Lentexi–Lasdili yolunun müəyyən hissəsində sürüşmə səbəbindən avtonəqliyyatın hərəkəti müvəqqəti olaraq qadağan edilib.