Lentexi-Mele hissəsində minik avtonəqliyyatının hərəkəti bərpa olundu
Lentexi-Mele hissəsində minik avtonəqliyyatının hərəkəti bərpa olundu

Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, çətin meteoreloji şəraitə görə, daxili əhəmiyyətli Kutaisi-Tsğaltubo-Saqeri-Lentexi-Lasdili avtomobil yolunun km125-km157 (Mele-Lentexi) hissəsində bütün növ avtonəqliyyatın  hərəkəti qadağandır.

Elə həmin yolun km89-km125 (Lentexi-Mele) hissəsində yedəkli, yarım-yedəkli avtonəqliyyat vasitəsinin və 30-dan artıq yeri olan avtobusun hərəkəti qadağandır. Başqa avtonəqliyyat vasitəsinin hərəkəti azaddır. Avtomobil yolunun km1-km89 (Tsğaltubo-Lentexi) hissəsində avtonəqliyyat vasitəsinin hərəkəti azaddır.