Lentexi-Bavari istiqamətində avtomobillərin hərəkəti bərpa olunub.
Lentexi Munisipalitetinin merinin müavini Zviad Lobjanidze Sakrebulonun sədrinin müavini Davit Pirveli ilə birlikdə Bavari kəndində təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri ilə tanış olub.
Güclü yağış Lentexi Munisipalitetində həm mərkəzi, həm də daxili kənd avtomobil yollarına və idman infrastrukturuna ziyan vurub. Hazırda bütün istiqamətlərdə avtomobillərin hərəkəti tam bərpa olunub.
Ziyan dəymiş infrastrukturun bərpası işləri qısa müddətdə, mərhələli şəkildə həyata keçiriləcək.